Avropa Parlamentinin üzvü Makronu TƏNQİD ETDİ

Avropa Parlamentinin üzvü Makronu

"Makronun siyasəti Aİ ilə Azərbaycan arasında münasibətlərə xələl gətirə bilər".

Bizim.Media xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Tyerri Mariani deyib.

O, qeyd edib ki, Brüssel Rusiya Federasiyasından neft və qaz tədarükünün kəskin şəkildə azaldılması kursunu müəyyən etdikdən sonra Bakı Avropanın mühüm enerji resursları təchizatçısına çevrilib:
"Bu baxımdan Ermanuel Makron sosial inqilaba təkan verməməlidir. Biz enerji tədarükçüləri ilə yeni gərginlikləri istəmirik", deyə o vurğulayıb.

Mənbə: bizim.media