BU gün Filippində Çin səfiri XİN-ə çağırılıb.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, səfirə Cənubi Çin dənizində bu ölkələrin gəmiləri arasında son illərdə baş verən ən gərgin qarşıdurmadan sonra onun ölkədən çıxarılmasının mümkünlüyünü qeyd edilib.
Filippin Sahil Mühafizəsi tərəfindən yayımlanan videolarda Çin gəmilərinin Filippin balıqçı qayıqlarına su şırnaqları ilə atəş açıldığı əks olunub.
Filippin Xarici İşlər Nazirliyinin sözçüsü Teresita Daza Pekinə diplomatik etiraz edildiyini bildirib.
O, Çinin Filippindəki səfiri Hua Zilianın “persona non qrata” elan edilməsinin də “ciddi şəkildə nəzərdən keçirilməsinin lazım olduğunu” açıqlayıb.
Mənbə: yenisabah.az