Bakı həbsxanasında "aclıq aksiyası keçirən" Qarabağ separatçısı Ruben Vardanyanın ailəsi onunla danışdıqları barədə məlumat yayıb: "Bakıda saxlandığı həbsxanadan bizə zəng etdi".
Vardanyana ailəsi ilə danışmaq üçün növbəti dəfə şərait yaradılıb. Onunla danışan qohumları iddia edirlər ki, Vardanyan “bütün bu müddət ərzində tam təcrid olunmuş vəziyyətdə imiş, ona hətta kitab oxumağa belə icazə verilmirmiş".
Erməni və Rusiya mediası iddia edir ki, Ruben Vardanyan saxlandığı Bakı həbsxanasında aclıq aksiyası keçirir. O, özünün və digər separatçıların azad olunmasını istəyir.
Bu müharibə canilərinə yaşamaq belə haramdır.
Lakin Azərbaycan dövləti onların təhlükəsizliyini təmin erməklə, ailəsi ilə müntəzəm əlaqələrə şərait yaratmaqla, törətdikləri cinayətlərə görə mühakimə edir. Ermənistan isə bizim əsirlər və ələ keçirdiyi mülki şəxslərlə amansız və qəddar davranıb. 1-ci Qarabağ müharibəsində Ermənistanın əsir götürdüyü 4000-dən çox Azərbaycan vətəndaşının öldüsü - qaldısı hələ də bilinmir.
Digər tərəfdən, əminik ki, piylənmə problemi olan Vardanyan bu aksiyanı sağlamlıq naminə, çəki verməküçün edir.
Əgər aclıq etməsi gerçəkdirsə...
Mənbə: musavat.com