İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır

İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bu ayın sonunda Dubayda görüşü planlaşdırılır.

Bu barədə “Middle East Eye” xəbər yayıb.

Nəşr qeyd edib ki, iki lider sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər və burada ünsiyyət xətlərini açıq saxlamağa söz veriblər.


Mənbə: unikal.az