ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.
“Ermənistan və Azərbaycan arasında 1991-ci il Almatı Bəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq. Bu, uzunmüddətli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”, - Patel söyləyib.
Mənbə: axar.az