“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.

Bu barədə “The Times of Israel” qəzeti yazıb.

Qəzetin yazdığına görə, İsrail razılaşmanın birinci mərhələsində qadınlar, 50 yaşdan yuxarı kişilər və ağır xəstələr olması şərti ilə cəmi 20 girovun azad edilməsini qəbul etməyə razıdır.

Qeyd edək ki, aprelin əvvəlində danışıqlar zamanı münaqişə tərəflərinə Qəzza zolağında atəşkəslə bağlı yeni təklif verilib. Bu, üç mərhələdə həyata keçiriləcək. İlk addım HƏMAS-ın Qəzzada saxladığı 40 israilli girovu azad etmək müqabilində 100-ü ömürlük həbsdə olan 900 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur. Potensial razılaşmanın digər məqamlarına anklavın şimal hissəsinə köçkünlərin qaytarılması və humanitar yardım daşıyan 500 yük maşınının gündəlik keçidi daxildir.

Firuzə Əliyeva

Mənbə: sfera.az