Səudiyyə Ərəbistanı vahid boks liqası yaratmaq istəyir.
Ölkənin İctimai İnvestisiya Fondu (PİF) yeni peşəkar boks liqasının yaradılması məsələsini müzakirə edir.
Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx hökumətə bu barədə məlumat verib.
Məqsəd boks üzrə böyük promouşnların hüququnu ələ keçirməkdir. “Golden Boy” və “Matchroom” artıq fondun nümayəndələri ilə danışıqlar aparır. Yeni liqanın yaradılmasına ediləcək investisiya məbləği 4-5 milyard dollara çatır.
Mənbə: bizim.media