Baydenin videoları mübahisə predmetinə çevrilib – Görüntülər montajdır, yoxsa gerçək? + VİDEO

Baydenin videoları mübahisə predmetinə çevrilib – Görüntülər montajdır, yoxsa gerçək? +

Son günlər ABŞ Prezidenti Co Baydenlə bağlı sosial şəbəkələrdə paylaşılan videolar Respublikaçılar və Demokratlar arasında mübahisələrə səbəb olub.

“AzPolitika” xəbər verir ki, söhbət Co Baydenin yaşı ilə əlqədar olduğu düşünülən qəribə hərkətlərindən gedir. Məslən, Bayden Normandiya enişinin ildönümündə iştirak etdiyi mərasimdə mövcud olmayan stulda əyləşməyə çalışmış, yenə bu yaxınlarda baş tutan G7 Sammitində dünya liderləri ilə paraşüt nümayişinə baxarkən fərqində deyilmişcəsinə onlardan ayrılaraq fərqli bir istiqamətə getmişdi.

Ağ Ev Baydenlə bağlı yayılan videoların montaj olduğunu, faktları əks etdirmədiyini bildirsə də, Respublikaçılar öz paylaşımlarında ABŞ liderinin əqli və fiziki qabiliyyətlərinin prezidentlik üçün kifayət etmədiyini iddia edirlər. Demokratlar da həmin videoların montaj olduğunu və insanların bu yolla manipulyasiya edildiyi fikrindədirlər.

Ağ Evin mətbuat katibi Karin Jan-Piyer Respublikaçılar seqmentinin yaydığı videoları “zərərli” və “ucuz saxtakarlıq” adlandıraraq tənqid edib.

“Düşünürəm ki, bu, respublikaçıların necə çıxılmaz vəziyyətdə olduqlarını göstərir. Biz prezidentin vəzifədəki fəaliyyəti haqqında danışmaq əvəzinə, bu manipulyasiya edilmiş videoları görürük”, -deyə o qeyd edib.

Mənbə: azpolitika.info