Putin qaydaları SƏRTLƏŞDİRDİ - 10 ilədək HƏBS...

Putin qaydaları SƏRTLƏŞDİRDİ - 10 ilədək HƏBS...

Putin qeyri-qanuni miqrasiyada iştiraka görə cəzanı sərtləşdirən qanun imzalayıb.

Xüsusilə əcnəbilərin Rusiya Federasiyasına qanunsuz daxil olmasının və qalmasının təşkilinə, habelə ölkədən tranzit kimi istifadəsinə görə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qanunla ağırlaşdırıcı hallarda həbs müddətini də artırılıb. Qanuna əsasən bu şəxsləri 5 ildən 10 ilədək həbs gözləyir.

Bundan başqa, qərarda cərimələrin artırılması, qadağaların müddətinin uzadılması da nəzərdə tutulub.

Toğrul İSMAYIL

Mənbə: www.musavat.com