Tramp Ukraynanı vassal sayır və yerini "göstərir"

Tramp Ukraynanı vassal sayır və yerini "göstərir"

ABŞ Prezidenti Donald Trampın nöqteyi-nəzərindən Ukrayna vassal dövlətdir.

Axar.az xəbər verir ki, bunu CNN-in analitiki Mark Qaleotti deyib.

"ABŞ prezidenti hesab edir ki, Moskva ilə sövdələşmə naminə Kiyevin maraqlarını qurban verə bilər. Trampın nöqteyi-nəzərindən Ukrayna satılmış və “ödənişli” vassal dövlətdir, öz yerini bilməlidir və qəbul etməlidir ki, Amerika Rusiya ilə hansısa sövdələşməni hazırlayıb, sonra onu Ukraynaya göstərəcək", - o bildirib.

O hesab edir ki, Ukraynada müharibədə hər iki tərəf uduzur, lakin ukraynalılar daha çox itirir.

Mənbə: axar.az