ABŞ və Rusiya razılaşdı – Bəyanat açıqlandı

ABŞ və Rusiya razılaşdı –

Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz daşımaların təmin edilməsi barədə razılığa gəliblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evin yazılı bəyanatında deyilir.

“Birləşmiş Ştatlar və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqindən çəkinmək və Qara dənizdə ticarət gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, – bəyanatda bildirilib.

Mənbə: bizim.media