Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Toplantısında iştirak etmək üçün aprelin 29-da Romaya səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, zirvə toplantısı aprelin 29-da Prezident Rəcəb Tayyib Ərdoğan və İtaliya Baş naziri Corcia Meloninin sədrliyi ilə keçiriləcək.
Romada keçiriləcək sammitdə iki ölkə arasında diplomatik və siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq da gündəmdə olacaq.
Mənbə: axar.az