Vaşinqton Ukraynadakı münaqişənin həlli istiqamətində aparılan sülh səylərinə mane olmamaq üçün Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmir.
Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, ABŞ-ın həm nikbinlik, həm də narahatlıq üçün səbəbləri var:
"Önümüzdəki həftə Vaşinqton tərəflərin irəliləyişini qiymətləndirəcək və sülh prosesində gələcək iştirakla bağlı qərar verəcək".
Mənbə: axar.az