ABŞ prezidenti olmaq istəyən məşhur jurnalistə Tramp belə reaksiya verdi

ABŞ prezidenti olmaq istəyən məşhur jurnalistə Tramp belə reaksiya verdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti Donald Tramp tanınmış jurnalist və Milli Basketbol Assosiasiyasının ( NBA ) eksperti Stiven Ey Smiti gələcək prezidentliyə namizəd kimi dəstəkləyib.

Trampın sözlərini “Legion Hoops” sitat gətirib.

– Stiven Ey Smit ABŞ prezidenti ola bilərmi?

– Əlbəttə, Stiven yaxşı və ağıllı oğlandır. Mən onun kütlə ilə ünsiyyətdə və əylənməkdə öz bacarıqlarını necə nümayiş etdirməsini izləməyi sevirəm, bu çox vacibdir. İnsanlar ona baxmağı sevirlər. Bir demokrat kimi o, yaxşı görünəcək və prezidentliyə əla namizəd olardı.

“Kalshi”yə görə, Smitin Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq şansı 6%, Kamala Harrisin isə 5%-dir. Kamala son seçkilərdə Trampın əsas rəqibi olub.

Mənbə: publika.az