Krım sülh danışıqlarında iştirak etməyə hazırdır - Konstantinov

Krım sülh danışıqlarında iştirak etməyə hazırdır - Konstantinov

Krım zərurət yaranarsa, Ukrayna ilə sülh danışıqlarında iştirak etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə TASS-a bölgənin Dövlət Şurasının rəhbəri Vladimir Konstantinov məlumat verib.

“Biz danışıqlarda iştirak etməyə hazırıq. 2014-cü il referendumundan sonra bizə bir çox nümayəndə heyətləri gəlib, sənədlərlə tanış olub və yarımadamızın legitim şəkildə Rusiyaya qayıtmasını təsdiqləyən materialları görüblər. Onlar beynəlxalq hüquq normalarının bizim tərəfimizdən necə dəqiq şəkildə yerinə yetirildiyinə və öz ölkələrində eşitdikləri ilə Krımdakı real vəziyyət arasındakı fərqə təəccüblənirdilər. Ölkənin xeyrinə olan hər bir şeyə hazırıq. Əgər danışıqlarda iştirak zəruri olarsa, biz hazırıq”, - deyə o bildirib.

Mənbə: axar.az