İran Ermənistana körpü hədiyyə etdi

İran Ermənistana körpü hədiyyə etdi

Ermənistanın Alaverdi şəhərinin Sənahin stansiyası ərazisində müvəqqəti metal körpü quraşdırılıb.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində yazıb.

O bildirib ki, keçən il baş verən sel nəticəsində körpü tamamilə dağılıb. Yeni metal körpü İran tərəfindən bağışlanıb və hazırda avtomobillər üçün açıqdır.


Mənbə: unikal.az