Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.
Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Baş nazir dəvətə görə Prezident Əliyevə təşəkkür edib və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirib.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri mayın 8-də planlaşdırılırdı.
Mənbə: axar.az