Hindistan müdafiə naziri də Moskvadan imtina etdi – Səbəb

Hindistan müdafiə naziri də Moskvadan imtina etdi –

Hindistanın müdafiə naziri Racnat Sinqh mayın 9-da Rusiyada keçiriləcək Qələbə paradında iştirak edə bilməyəcək.

Bu barədə “İndia Tuday” məlumat yayıb.

Qərar Hindistanın Baş naziri Narendra Modinin Moskvaya səfərini ləğv etməsindən sonra verilib.

Media yazır ki, planlarda dəyişiklik rəsmilərin hazırkı gərgin vəziyyətlə bağlı Hindistanda qalmağa üstünlük verməsi ilə əlaqədardır.

Buna baxmayaraq, Hindistan öz nümayəndəsini göndərməklə Rusiya-Hindistan əlaqələrinin əhəmiyyətini saxlamaqda maraqlıdır.

Mənbə: axar.az