Hindistan Pakistanla sərhəddə Çenab çayı üzərindəki Bəhlixar bəndindən axan suyu müvəqqəti dayandırıb.
Bu barədə PTİ agentliyi məlumat yayıb.
Məlumata görə, Pakistan da Celam çayı üzərindəki Kişanqanqa bəndində də analoji tədbirlər görməyi planlaşdırır.
Qeyd edək ki, hər iki bəndin istifadəsi Hindistan və Pakistan arasında uzun müddətdir mübahisə mövzusudur.
Mənbə: axar.az