Bu gün Rumıniyada ləğv edilmiş prezident seçkilərinin birinci turu keçirilir.
Ölkədə qeydiyyatdan keçmiş 18 milyon seçici yerli vaxtla səhər saat 07:00-dan etibarən səsvermədə iştirak edir.
Seçki məntəqələri 21:00 bağlanacaq.
Əlavə edək ki, Rumıniya Konstitusiya Məhkəməsi 2024-cü ilin noyabrında keçirilmiş prezident seçkilərinin birinci turunu ləğv etdikdən sonra təkrar seçkilərdə 11 namizəd iştirak edir.
Beşillik prezidentlik dönəmi üçün heç bir namizəd 50 faizdən çox səs toplaya bilməsə, seçkinin ikinci turu mayın 18-də keçiriləcək.
Sorğulara əsasən, “Birlik Alyansı”nın lideri Corci Simion, hakim koalisiyanın namizədi Krin Antonesku və müstəqil namizədlər keçmiş baş nazir Viktor Ponta ilə Buxarest meri Nikusor Dan var.
İlk qeyri-rəsmi nəticələrin gecə yarısına qədər açıqlanması gözlənilir.
Mənbə: qafqazinfo.az