Paşinyanın yerinə onu gətirmək istəyirlər: lakin əmma var! – Səfəryan

Paşinyanın yerinə onu gətirmək istəyirlər: lakin əmma var! –

“Bilirsinizmi Köçəryanın komandası niyə impiçment prosesinə “qoşulmur”, bəhanələr gətirir və yayınır?
Çünki onlar Levon Köçəryanın adını önə çıxara bilməzlər – o, çox zəif və həssas fiqurdur. Amma qəlblərində istəyirlər ki, onu Gümrü ssenarisi ilə arxa planda razılaşmalar nəticəsində başa gətirsinlər”.

Bu fikirləri erməni siyasi şərhçi Styopa Səfəryan deyib.

Onun sözlərinə görə, Köçəryan resursunu başqa birinə sərf etmək istəmir, çünki 2026-cı ildə səhnəyə çıxaracağı “keçid fiqurunu” oradan endirə bilməmək riski var:

“Levon Köçəryan üçün meydanı açmaq məqsədilə o, Baqrat Qalstanyanı arxa plana atmaq istədi ki, gələcəkdə başağrısına çevrilməsin. Görünür, Baqrat hələ də Köçəryanın onu necə oyuna saldığını anlamayıb. Ona görə də küçələrdə “etimad etmirəm” deyərək Levon Köçəryan uğrunda impiçment kampaniyasını davam etdirir”.

Səfəryan qeyd edib ki, R.Köçəryan çətin vəziyyətdədir.

“Serj Sərkisyan ondan tələb edir: “Mənim namizədim yoxdur, sən birini deməlisən – ya Levondur, ya da başqası”. Amma Köçəryan nə Levonun adını rədd edə, nə də başqa birini irəli sürə bilir”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az