1166-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1166-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1166-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 662 təyyarəsi, 283 helikopteri, 55 329 PUA-sı, 605 zenit-raket kompleksi, 23 139 tank və digər zirehli texnikası, 1 557 reaktiv yaylım atəş sistemi, 24 415 artilleriya və minaatanı, 34 977 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə: axar.az