Vladimir Putin Qələbənin 80-ci ildönümü münasibətilə ABŞ prezidenti Donald Trampa təbrik göndərməyib.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr", - Peskov jurnalistlərin Vladimir Putinin Amerika liderini Qələbənin 80 illiyi münasibətilə təbrik edib-etməməsi ilə bağlı sualına qısa cavab verib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp "mayın 8-ni İkinci Dünya müharibəsində Qələbə Günü" elan etdiyi haqda bəyannamə imzalayıb və bu müharibədə ABŞ-ın qalib gəldiyini bildirib. O, II Dünya müharibəsi zamanı SSRİ-nin verdiyi böyük itkiləri və həlledici amilin Sovet İttifaqı olduğunu etiraf edib.
Adəm
Mənbə: publika.az