Tramp Zelenski ilə bağlı qurduğu planı AÇIQLADI

Tramp Zelenski ilə bağlı qurduğu planı AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

Bu barədə TASS məlumat yayıb.

Tramp xatırladıb ki, Vaşinqton Kiyevlə nadir torpaq metallarına dair müqaviləni yenicə bağlayıb və bu saziş Ukrayna qanunverici orqanı tərəfindən tam ratifikasiya edilib və təsdiqlənib.

ABŞ Prezidenti vurğulayıb ki, Amerika tərəfi bunu yüksək qiymətləndirir və həmçinin yaxın gələcəkdə Zelenski ilə danışmağı planlaşdırır.

Xatırladaq ki, mayın 8-də Ali Rada əvvəllər ABŞ və Ukraynanın imzaladığı faydalı qazıntı sazişini ratifikasiya edib .

Mayın 1-də Ukrayna və ABŞ mineral ehtiyatlara dair saziş imzalayıblar ki, bu da, xüsusilə, hasilat sənayesində ölkələrin birgə layihələri üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur. Müqaviləyə əsasən, Kiyev yerin təki üzərində nəzarəti özündə saxlayacaq və yataqların işlənməsi üçün yeni lisenziyalardan əldə edilən gəlirlər ölkənin yenidən qurulmasına sərf olunacaq.

Mənbə: publika.az