Japarov Putinin hədiyyə etdiyi avtomobili nümayiş etdirdi - FOTO

Japarov Putinin hədiyyə etdiyi avtomobili nümayiş etdirdi -

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” markalı avtomobillə 9 may bayramı üçün Bişkekə gəlib.

Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagözova məlumat yayıb.

“Keçən il Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin prezidentimiz Sadır Nurqojoeviç Japarova Rusiya istehsalı olan iki “Arus” avtomobili hədiyyə edib”, - deyə o bildirib.

Alagözov qeyd edib ki, onlardan birində Qırğızıstan lideri Bişkekdə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərinə gəlib.

Hüseyn İbadlı

Mənbə: publika.az