Pakistan sərhədə qoşun yeritdi - Hindistandan təcili bəyanat

Pakistan sərhədə qoşun yeritdi - Hindistandan təcili bəyanat

Pakistan Hindistanla sərhədə qoşun yeridir.

Bu barədə Hindistan ordusu məlumat yayıb.

"Pakistan sərhədə qoşun yeridir və bu, daha da gərginləşdirməyə yönəlmiş hücum niyyətindən xəbər verir", - Hindistan Hərbi Hava Qüvvələrinin qanad komandiri (mayor rütbəsinə bərabər) Viomika Sinq deyib.

"Pakistan ordusunun qoşunlarını irəli bölgələrə köçürdüyü görüldü. Bu, vəziyyəti daha da gərginləşdirməyə yönəlik hücum niyyəti daşıyır", - o əlavə edib.

Komandirin sözlərinə görə, Hindistan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı səviyyəsində qalır. Sinq qeyd edib ki, bütün düşmənçilik fəaliyyətləri effektiv şəkildə dayandırılıb və müvafiq cavablar verilib.

Akqabay

Mənbə: publika.az