Katolik keşişi Cüzeppe Paqano yeni Papa XIV Levin sevimli klubu haqqında danışıb.
Bu haqda ANSA məlumat yayıb.
Paqano bildirib ki, XIV Lev “Roma” azarkeşidir. O, “Roma” – “Fiorentina” oyunundan sonra mənə yumoristik şəkildə dedi ki, “Roma”nın qələbəsi Papa Fransiskin ölümündən sonra ilk möcüzədir”, - Paqano bildirib.
Qey edək ki, ötən gün 69 yaşlı amerikalı kardinal Robert Prevost Roma Katolik Kilsəsinin rəhbəri olub. XIV Lev adını alıb.
Mənbə: qafqazinfo.az