Husilər yenə İsrail aeroportunu HƏDƏF ALDILAR

Husilər yenə İsrail aeroportunu

Husilər növbəti dəfə İsrailin Ben Qurion hava limanını hədəf alan hərbi əməliyyat həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, beynəlxalq aviaşirkətlərə oradakı uçuşları dayandırmaq tövsiyə edilib.

Qeyd edək ki, ötən günlər də sözügedən hava limanına hücum olunmuşdu. Husilər əraziyə ballistik raket atmışdılar.

Mənbə: bizim.media