“Diplomatiyanın əsas məqsədi hər hansı bir problem varsa, onun həllinə kömək və dəstək göstərməkdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında danışıqlar aparılırmı?” sualına münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, Türkiyə və İsrail arasında Azərbaycanda keçirilən təmaslarla bağlı açıqlamaları həmin tərəflər özləri verir: “Bu barədə açıqlamalar Azərbaycan tərəfindən verilmir. Hesab edirəm ki, bu mövzu ilə bağlı mümkün olan bütün sözlər artıq deyilib”.
Mənbə: qafqazinfo.az