Türkiyə hökuməti qadağan olunmuş terror təşkilatı Kürdüstan Fəhlə Partiyası (PKK) ilə onun özünü buraxması məsələsində heç bir bazarlıq aparmayıb.
Rusiya KİV-ə istinadən xəbər verilir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç bildirib.
"Biz indi PKK qurultayının çağırıldığı və yaxın zamanda onun qərarının elan ediləcəyi mərhələdəyik. Bəzi hallarda müxalifət nümayəndələri hansı güzəştlərin olduğunu və kompromisə nail olunub-olunmadığını soruşurlar. Heç bir güzəşt, heç bir bazarlıq yoxdur", - A.Kılıç bildirib.
O qeyd edib ki, indi əsas məsələ PKK-nın silahsızlaşdırılmasıdır: “Hər şeydən əvvəl PKK silahı yerə qoymalı və silahlı müqavimətdən imtina etdiyini elan etməlidir”.
Mənbə: report.az