Kreml Ukraynanın atəşkəs təklifini nəzərdən keçirəcək

Kreml Ukraynanın atəşkəs təklifini nəzərdən keçirəcək

Rusiya rəhbərliyi xüsusi əməliyyatın keçirildiyi ərazidə 30 günlük atəşkəs təklifinə baxacaq.

"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalına Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

O vurğulayıb ki, Rusiyanın atəşkəs məsələsində öz mövqeyi var.

Qeyd edək ki, bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski "ən azı 30 gün müddətinə dərhal, tam və qeyd-şərtsiz atəşkəs" təklifini irəli sürüb.


Mənbə: unikal.az