İrana görə Tramp-Netanyahu münasibətləri gərginləşdi

İrana görə Tramp-Netanyahu münasibətləri gərginləşdi

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlər son həftələr İran və Fələstin məsələsində fərqli mövqeləri səbəbindən gərginləşib.

Axar.az xəbər verir ki, bu barədə "NBC Nyus" kanalı məlumat yayıb.

Məlumata görə, Netanyahu İranın nüvə obyektlərinin fiziki məhvinə hazırlaşır, Tramp isə nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlmək istəyir:

"Qəzza məsələsində Amerika lideri atəşkəsin bərqərar olmasını tələb edir, İsrail isə Qəzzada hərbi əməliyyatları davam etdirmək niyyətindədir".

Qeyd olunur ki, Tramp İsrailin Fələstin anklavındakı hərbi əməliyyatlarını vaxt itkisi hesab edir:

"Eyni zamanda, İranın nüvə proqramı məsələsi ABŞ və İsrail arasında ən böyük gərginliyi yaradır. Netanyahu şəxsi söhbətlərində İranla istənilən danışıqların vaxt itkisi olduğu fikrini bildirib. İsrail hesab edir ki, İran hazırda ən zəif və ən həssas vəziyyətdədir, danışıqlar isə Tehrana öz mövqeyini gücləndirmək üçün vaxt qazandıra bilər".

Mənbə: axar.az