Rusiya XİN Krakovdakı Baş Konsulluğunun bağlanması ilə bağlı cavab tədbirləri görəcək.
Bu barədə xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bu qeyri-adekvat addımlara tezliklə adekvat cavab veriləcək", - o, ifadə edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Varşava vətəndaşların maraqlarına zidd hərəkət edərək ölkələr arasında münasibətləri qəsdən pozur.
Bundan əvvəl Polşa hakimiyyətinin Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanması barədə qərar qəbul etdiyi bildirilib.
Gülayə Mecid
Mənbə: unikal.az