Danışıqları davam etdirmək barədə razılığa gəldilər

Danışıqları davam etdirmək barədə razılığa gəldilər

Hindistan və Pakistanın hərbi rəhbərləri telefon vasitəsilə ölkələr arasında razılaşdırılmış atəşkəs rejimini müzakirə edib və danışıqları davam etdirməyə razılaşıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “News18” telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət zamanı hərbi liderlər beynəlxalq sərhəd və nəzarət xəttində atəşkəs rejiminin şərtlərini, pilotsuz uçuş aparatları məsələlərini müzakirə ediblər.

Danışıqların növbəti tarixi yaxın vaxtlarda açıqlanacaq.

Mənbə: qafqazinfo.az