“İnsan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planları uğurla icra edilir”.
Bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib.
“Ölkəmizdə insan alverinə qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizmlər yaradılıb. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar insan alveri və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektli, aidiyyəti beynəlxalq təşkilatların dəyərləndirmə hesabatlarında yüksək qiymətləndirilib”, - deyə Həzi Aslanov qeyd edib.
Nuranə Daxilqızı
Mənbə: qafqazinfo.az