“PKK liderlərinin aqibəti necə olacaq?”

“PKK liderlərinin aqibəti necə olacaq?”

“PKK bəlası sona çatacaq və 47 illik qanlı səhifə bağlanacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu MHP sədri Devlet Bahçeli terror təşkilatının özünü buraxması ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, şəhidlərin saf qanı qəlblərə od kimi tökülsə də, ölkə əhalisinin milli birlik ideologiyası heç vaxt puç olmayıb:

“Sözügedən tarixi inkişafın, şübhəsiz ki, çox mühüm və özünəməxsus nəticələri olacaq. Silahlı qarşıdurma dövrü acı xatirələri və dərsləri ilə geridə qalacaq. Hüquqi addımların hansı müstəvidə və necə müəyyən ediləcəyi ayrıca müzakirə olunmalıdır. PKK terror təşkilatının lider kadrlarının aqibəti necə olacaq? Ölkə hamımızındır, bu, vətənimizdə yaşayan hər kəsin şərəf və ləyaqət məsələsidir”.

Mənbə: qafqazinfo.az