Tramp da İstanbuldakı danışıqlarda ola bilər

Tramp da İstanbuldakı danışıqlarda ola bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna rəsmiləri arasında görüşlərin keçiriləcəyi İstanbula getməyi düşündüyünü açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu haqda Ağ Evdə jurnalistlərə bildirib.

“Mən təkid etdim ki, Rusiya və Ukrayna arasında görüş İstanbulda baş tutsun və bu görüş olacaq. Cümə axşamı Türkiyədə Rusiya və Ukrayna arasında keçirilən görüşün nəticələrinin yaxşı olacağını düşünürəm. Mənə elə gəlir ki, hər iki lider orada olacaq. Cümə axşamı harada olacağımı bilmirəm. O qədər görüşlərim olur, amma ora uçmağı düşünürəm”, - Tramp qeyd edib.

Mənbə: qafqazinfo.az