Pakistan döyüşlərdəki itkilərini açıqladı

Pakistan döyüşlərdəki itkilərini açıqladı

Pakistan ordusu nəzarət xəttində Hindistanla gedən döyüşlərdə 40 mülki vətəndaş və 11 əsgərin həlak olduğunu bildirib. Daha 121 nəfər yaralanıb.

Bu barədə Pakistan Ordusu məlumat yayıb.

Mayın 10-da tərəflər atəşkəs barədə razılığa gəliblər, lakin bir neçə saat sonra Cammu və Kəşmirin bir sıra şəhərlərində, eləcə də Pəncabda pilotsuz təyyarələr aşkarlanıb və hava hücumundan müdafiə sistemləri işə salınıb. Mayın 12-də “Hindustan Times” qəzeti mənbələrə istinadən yazıb ki, Hindistan Pakistanla yalnız hərbi səviyyədə danışıqlar aparacaq; siyasi təmaslar olmayacaq.


Mənbə: unikal.az