Kobaxidze ABŞ rəhbərliyinə məktub göndərib

Kobaxidze ABŞ rəhbərliyinə məktub göndərib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vensə məktub ünvanlayıb.

Kobaxidze sözügedən açıq məktubu feysbuk hesabında paylaşıb.

O, məktubunda ABŞ tərəfini iki ölkə arasında münasibətlərə aydınlıq gətirməyə çağırıb.

Onun sözlərinə görə, ABŞ administrasiyasında dəyişiklikdən sonra ölkələrin nümayəndələri arasında yüksək səviyyədə heç bir təmas olmayıb.

Kobaxidze, həmçinin qeyd edib ki, bir neçə həftə əvvəl ölkə rəhbərliyi bu məsələ ilə bağlı artıq D.Tramp administrasiyasına müraciət etsə də, hələ də konkret cavab almayıb.

Mənbə: qafqazinfo.az