Tramp Putinsiz İstanbula gəlməyəcək: Vaşinqtonun ŞƏRTLƏRİ

Tramp Putinsiz İstanbula gəlməyəcək: Vaşinqtonun ŞƏRTLƏRİ

ABŞ prezidenti Donald Trampın İstanbulda Ukrayna danışıqlarında iştirakı Rusiya lideri Vladimir Putinin görüşdə iştirakından asılı olacaq.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan məmurun sözlərinə görə, Trampın İstanbulda keçiriləcək görüşdə iştirakı “açıq sual olaraq qalır”.

Nəşr qeyd edir ki, Amerika liderinin qərarı daha çox Putinin danışıqlara gəlib-gəlməməsindən asılı olacaq.

Adəm

Mənbə: publika.az