Nazirlər Kabinetinin deputatlara hesabat vermə tarixi dəyişdirilir

Nazirlər Kabinetinin deputatlara hesabat vermə tarixi dəyişdirilir

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.

Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyindəəksini tapıb.

Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Mənbə: yenisabah.az