Ermənistan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə sadiqdir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu Siyasəti üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Koopmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Tərəflər Ermənistan-Aİ münasibətlərinin cari mərhələsini, o cümlədən hərtərəfli tərəfdaşlıq sazişinin həyata keçirilməsini, iqtisadi və sahəvi əməkdaşlığı, rəqəmsallaşma, yaşıl enerji, təhsil, infrastrukturun inkişafı və demokratik islahatlarla bağlı işləri müzakirə ediblər.
Bundan başqa, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi də müzakirə olunub.
Mənbə: axar.az