Ərdoğan Meloni ilə müzakirələr apardı

Ərdoğan Meloni ilə müzakirələr apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliyanın Baş naziri Ciorcia Meloni arasında telefon danışığı olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülhlə başa çatması üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür töhfəni verməyə hazır olduqlarını bildirib.

Meloni Türkiyənin münaqişəyə son qoyacaq danışıqlar yolu ilə həllə sadiqliyinə görə Ərdoğana təşəkkürünü bildirib.

Həmçinin telefon danışığı zamanı Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Mənbə: qafqazinfo.az