Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyim təqdirdə tam atəşkəs və bütün əsirlərin mübadiləsi məsələsini qaldıracam.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Liberation” nəşrinə müsahibəsində deyib.
“Onunla görüşsəm, siyasi qələbə ilə çıxmalıyıq - atəşkəs, bütün əsirlərin dəyişdirilməsi və s.”, - o bildirib.
Zelenskinin sözlərinə görə, bundan sonra nə ruslar ukraynalılara, nə də ukraynalılar ruslara etibar edəcək:
“Ona görə də tərəflər arasında razılaşmaların yerinə yetirilməsinə yalnız kənar vasitəçilər zəmanət verə bilər”.
O, hər iki tərəfin nəzərə alacağı etibarlı vasitəçiliyə ehtiyac olduğunu vurğulayıb.
Mənbə: axar.az