Fransa Prezidenti Emmanuel Makronun İsrail haqqında söylədiyi fikirlərə görə, Paris HƏMAS hərəkatını dəstəkləyir.
Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu həmçinin əlavə edib ki, Təl-Əviv girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzza zolağında İsrailə qarşı təhdidlərin aradan qaldırılması üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, E.Makron İsrailin Qəzzaya humanitar yardımı əngəlləməsini bildirərək Netanyahunu “utancverici davranışda” ittiham etmişdi.
O, Təl-Əviv administrasiyasının hərəkətlərini qəbuledilməz adlandırıb və Avropa Birliyini İsraillə bağlı mövqeyini sərtləşdirməyə çağırıb.
Mənbə: axar.az