Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında mümkün danışıqlar üçün İstanbula getməyəcək.
Bu haqda BMT baş katibinin rəsmi nümayəndəsi Fərhan Haq bildirib.
O vurğulayıb ki, dünya təşkilatından kimlərsə danışıqlarda iştirak edərsə, bu barədə məlumat veriləcək.
Qeyd edək ki, daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcəyini yazmışdıq.
Mənbə: qafqazinfo.az