Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib.
Bu haqda Ukrayna liderininin teleqram kanalında məlumat yayılıb.
Zelenski Azərbaycan liderinə Ukrayna xalqına dəstəyə görə təşəkkür edib. Həmçinin Rusiyanın soydaşlarımıza qarşı kobud rəftarına görə Azərbaycan xalqına açıq dəstəyini ifadə edib.
Səfərov qardaşlarının Rusiya ərazisində qətlə yetirilməsi ilə bağlı ölkəmizə başsağlığı verib:
“Əminəm ki, bütün faktlar aydınlaşacaq. Və ədalətə ehtiyac var”.
Mənbə: qafqazinfo.az