Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın ona təklif etdiyi kifayət qədər səxavətli razılaşma ilə razılaşmaq əvəzinə, Ukraynaya qarşı qanlı müharibəsini davam etdirməyə qərar verib.
Bu fikirləri Böyük britaniyalı yazıçı və tarixçi Ouen Metyuz bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı amansız hücumları dəhşətli olsa da, nisbətən az sayda insan itkisinə səbəb olur. Cəbhədə isə Rusiya irəliləyişə yalnız bir neçə kvadrat kilometr sahəni ələ keçirməklə nail ola bilib, lakin bunun əvəzində bir gündə minə qədər hərbçisini itirib.
“Bəs Putin nəyə ümid edir ki, sülh əvəzinə müharibəni seçir? Ən mümkün cavab onun və yaxın ətrafının daxil olduğu informasiya “balonu”nda gizlənir. O, müharibəni davam etdirir, çünki onun generalları və təhlükəsizlik xidməti rəhbərləri onu bu müharibəni uda biləcəyinə və ya ən azından döyüşərək strateji baxımdan mühüm qələbələr qazanmağa davam edə biləcəyinə inandırıblar”, – deyə Metyuz vurğulayıb.
Mənbə: axar.az