Ukrayna Latviyadan 42 “Patria” zirehli transportyoru alacaq. Latviya hökuməti müvafiq tədarükü təsdiqləyib.
Bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, Ukrayna “Patria” zirehli transportyorlarından başqa Latviyadan digər hərbi texnikalar da alacaq.
Mənbə: axar.az