Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Marina Əhmədova Rusiyadakı xarici diasporların ləğvinə çağırıb.
Bu barədə o, "Telegram" kanalında yazıb.
O, bu yolla Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsinə münasibət bildirib.
“Diasporlar ləğv edilməlidir, onlar qeyri-qanuni qurumlardır”, - Əhmədova bildirib.
Qurum rəsmisinin sözlərinə görə, ölkədə heç bir qurum belə strukturlarla məşğul olmamalıdır.
"Bu, təkcə azərbaycanlıların diasporuna aid deyil", - deyə Əhmədova vurğulayıb.
Adəm
Mənbə: publika.az